Seyran Əliyeva

Mentor

Bio

Seyran Əliyeva bakalavr təhsilini Bakı Dövlət Universiteti Şərqşünaslıq ixtisası, magistr təhsilini isə Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə almışdır. Seyran layihələrin idarə edilməsi və gənclərlə iş sahəsində müxtəlif təcrübəyə malikdir. O, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edərək, gənclərlə iş sahəsi üzrə təcrübə qazanmışdır. 2023-cü ildə beynəlxalq layihə çərçivəsində Türkiyədə məcburi köçkünlərlə iş üzrə çalışmışdır. 2023-cü ildən etibarən isə ali təhsil sahəsində fəaliyyət göstərən "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyində Layihələr üzrə Menecer və ölkə üzrə idarə heyətinin üzvü olaraq fəaliyyət göstərir. Bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısı olmuş, həmçinin beynəlxalq və yerli qrantlı layihələrin idarəedilməsini üstlənmişdir. Hazırkı vəzifəsində o, həm milli, həm də beynəlxalq təşəbbüsləri icra etmək, mədəniyyətlərarası əməkdaşlığı, beynəlxalq mübadilə proqramlarını və xaricdə könüllülük fəaliyyətini təşviq etmək və təhsil imkanlarını genişləndirmək üzrə məsuliyyət daşıyır. Hazırda isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAM Youth Organisation) layihələrin idarə edilməsi sahəsində peşəkar fəaliyyətini davam etdirir. Seyranın əsas məqsədi Azərbaycanda gənclərlə iş və layihələrin idarə edilməsi sahəsi üzrə gənclərə bacardığı qədər öz töhfəsini vermək və bu sahəyə həvəsi olanlara dəstək olmaqdır.

Seyran Əliyeva
Sosial medialar