BİRLİKDƏ İNKİŞAFA DOĞRU!

slider_img05
img
Öyrən və inkişaf et!
Özünü inkişaf etdirmək üçün əla bir yerdəsən!

Bizimlə öyrən!

Digiuth, gənc mütəxəssislərin hazırladığı onlayn kurslar vasitəsilə gənclərə sosial iş, gənclərlə iş, biznes, texnologiya, təhsil və yaradıcılıq sahələrində bacarıqlarını kəşf etməyə və inkişaf etdirməyə kömək edən onlayn öyrənmə platformasıdır. Sözügedən onlayn platforma “Gənclər sektorunda rəqəmsal transformasiya – Vişeqrad ölkələrinin təcrübəsi” layihəsi çərçivəsində hazırlanmışdır və Vişeqrad ölkələrinin təcrübəli təşkilatları ilə əməkdaşlıq edərək Azərbaycanda gənclər təşkilatlarının və gənclərin rəqəmsal öyrənmə resurslarının artırılmasını hədəfləyir. Layihənin birinci mərhələsi 2022-ci ildə başa çatdırılmışdır. Hal-hazırda "Vişeqrad ölkələrinin təcrübəsi ilə "Digiuth" onlayn öyrənmə platformasının inkişaf etdirilməsi" adlı layihənin ikinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələdə daha 8 onlayn kursun hazırlanıb platformada istifadəyə verilməsi nəzərdə tutulub. Sözügedən layihə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyi tərəfindən kordinasiya olunur və Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən idarə edilən Beynəlxalq Vişeqrad Fondunun “Vişeqrad Qrantları” vasitəsilə maliyyələşdirilir. Fondun əsas missiyası Mərkəzi Avropada davamlı regional əməkdaşlıq üçün ideyaları təşviq etməkdən ibarətdir.

"Digiuth" nədir?

Digiuth

Kateqoriyalar

Müxtəlif kateqoriyalar

Digiuth sizə müxtəlif kateqoriyalar üzrə dərslər təklif edir.

Testimonial

Rəylərimiz

Keyfiyyətimizin göstərici aldığımız rəylərdir!

img
ARGTMŞ-nin sədri
img

"Digiuth" Azərbaycanda gənclər təşkilatları və gənclər üçün rəqəmsal öyrənmə resurslarının artırılmasına yönəlmiş unikal onlayn şəxsi inkişaf platformasıdır. Xüsusilə də rəqəmsallaşmanın getdikcə aktuallaşdığı bir dövrdə bu platformanın gənclər üçün yaratdığı imkanlar çox faydalı və əvəzedilməzdir. Gənc mütəxəssislər tərəfindən təqdim edilən pulsuz onlayn kurslar bu platformanı müxtəlif sosial kateqoriyalardan olan gənclər üçün əhatəli və əlçatan edir. Həmçinin, platformanın xidmətlərindən istifadə etmək gənclər üçün asan və rahatdır.